• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanıldı

HADİSƏ

28 Fevral 2025 | 10:43

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanıldı

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026