• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Serbiya ilə "2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı" imzalandı

SİYASƏT

11 Fevral 2026 | 17:48

Serbiya ilə 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalandı

Azərbaycan ilə Serbiyanın Müdafiə Nazirlikləri arasında "2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı" imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, sənədin imzalanması Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" çərçivəsində baş tutub.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.


SON XƏBƏRLƏR