Şimali Koreya Yapon dənizi istiqamətində iki qısa mənzilli raket atıb.
Bakıvaxtı.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq sanksiyalara baxmayaraq, nüvə silahı və raketləri inkişaf etdirmə səylərini davam etdirən Şimali Koreya bölgədəki gərginliyi daha da artırmaq üçün bir addım da atıb.
Yaponiya Müdafiə Nazirliyindən əldə edilən məlumata görə, yerli vaxtla saat 06:59 və 07:10 radələrində atılan raketlərdən birincisi, təxminən, 100 kilometr yüksəkliyə qalxaraq 400 kilometr məsafəni qət edib. İkinci raketin 50 kilometr hündürlüyə qalxdığı və təxminən 350 kilometr uçduğu qeyd edilərkən, hər iki raketin ölkənin müstəsna iqtisadi zonasından kənarda, Yapon dənizinə düşdüyü bildirilib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri sınaqları təsdiqləyib və raketlərin Cənubi Pyonqanq əyalətindəki Sukçon bölgəsindən buraxıldığını açıqlayıb.
Raket sınağından bir neçə dəqiqə sonra yazılı açıqlama verən Pxenyan rəhbərliyi ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə birgə həyata keçirdiyi hava təlimlərinə cavab olaraq çoxlu raket atma təlimi keçirildiyini bildirib. Qeyd olunub ki, bugünkü atışma təlimi çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən taktiki nüvə hücum vasitəsindən istifadə etməklə sübut edib ki, Şimali Koreya özünün hava üstünlüyü ilə fəxr edən ABŞ və Cənubi Koreyanın birləşmiş hava qüvvələrinin qarşısını almağa və onlara qarşı mübarizə aparmağa hazırdır.
Digər tərəfdən, Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çenq dövlət xəbər agentliyinə verdiyi yazılı açıqlamada ABŞ və müttəfiqlərini tənqid atəşinə tutub. ABŞ qüvvələrinin son zamanlar Koreya yarımadası ətrafında strateji hücum hərəkətlərinin effektivliyindən xəbərdar olduqlarını ifadə edən Kim hər hansı birbaşa və ya dolayı təhlükə qarşısında lazımi tədbirləri görəcəklərini xatırladıb.
Şimali Koreyanın raket sınaqlarına gəlincə, Kiş qeyd edib ki, Sakit okeandan atəş poliqonu kimi istifadə tezliyi ABŞ qüvvələrinin hərəkətlərindən asılıdır.
Ay Tac















