• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Sinoptiklərdən XƏBƏRDARLIQ: Şimşək çaxacaq, yağış yağacaq

CƏMİYYƏT

23 May 2022 | 15:32

Sinoptiklərdən XƏBƏRDARLIQ: Şimşək çaxacaq, yağış yağacaq

ETSN Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi

Azərbaycanın rayonlarında mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


    SON XƏBƏRLƏR

    24 Aprel 2024