• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

SON DƏQİQƏ: Müharibə başladı: İran İsrailə zərbə endirir - YENİLƏNİB

DÜNYA

14 Aprel 2024 | 01:04 | Müəllif: Subhan Mahmudov

SON DƏQİQƏ: Müharibə başladı: İran İsrailə zərbə endirir - YENİLƏNİB

İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

“Havadan müdafiə kompleksi ölkənin səmasını qorumaq missiyasını yerinə yetirən Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə eyni vaxtda yüksək hazırlıq vəziyyətindədir. İsrail ordusu bütün hədəfləri izləyir”, - deyə qeyd olunub.

***00:41

İsrailə qarşı kütləvi pilotsuz uçuş aparataları ilə hücum başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

 

00:25

İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.

Bakıvaxtı.az “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.

 

00:12

İran İsrailə pilotsuz təyyarələrlə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin yerli radiosu məlumat yayıb.

Həmçinin bildirilir ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında üç saat bağlı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026