• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gizlənqaç oyununda Banqladeşdə gizləndi, Malayziyada tapıldı

DÜNYA

27 Yanvar 2023 | 14:17

Gizlənqaç oyununda Banqladeşdə gizləndi, Malayziyada tapıldı

Banqladeşdə bir oğlanın dostları ilə oynadığı gizlənqaç oyunu Malayziyada başa çatıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yanvarın 12-də Banqladeşin Çittaqonq şəhərindən 1337 konteyner yükü ilə yola çıxan MV Integra yük gəmisi 5 günlük dəniz səyahətindən sonra yanvarın 16-da Malayziyanın Port Klanq limanına gəlib.

Konteynerlərin yerləşdiyi yük yerindən qışqırıq və zərbə səsləri eşidən ekipaj vəziyyəti gəmi kapitanına çatdırıb. Səslərin haradan gəldiyini anlamaq mümkün olmayan gəmi fövqəladə vəziyyətdə limana çəkilib. Səlahiyyətlilər ətraflı axtarışdan sonra səslərin gəldiyi konteyneri tapıblar və konteynerin içərisində taqətdən düşmüş kimi görünən qəribə uşaq tapıblar.

Malayziya limanında Banqladeşli işçilərin köməyi ilə əlaqəyə girən 12-15 yaşlı Fahimin Banqladeşdəki limana yaxın bir bölgədə dostları ilə gizlənqaç oynayarkən konteynerə gizləndiyi öyrənilib. Fahim ilk ifadəsində oyandığı zaman konteynerin qapağının bağlı və yolda olduğunu, Malayziya xilasetmə qrupları tərəfindən sağlamlıq vəziyyətinin yoxlanılması üçün xəstəxanaya aparıldığını bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR