• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Sumqayıt” antirekorda imza atdı

İDMAN

18 Dekabr 2021 | 13:20

“Sumqayıt” antirekorda imza atdı

“Sumqayıt” tarixinin antirekorduna imza atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi qış fasiləsinədək cəmi 9 qol vurub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı klubu indiyədək heç vaxt yarışın ilk yarısında belə dişsiz olmayıb. Əvvəlki illərdə ən zəif nəticə 2013/14 mövsümünə təsadüf edib. Həmin vaxt sumqayıtlılar fasiləyədək 11 qola sevinib.

Düzdür, Riad Rəfiyevin prezidenti olduğu klub əvvəlki illərdə qışadək daha çox matçın keçirildiyini bəhanə edə bilər. Amma 8 komandanın oynadığı son 6 mövsümün də ən aşağı göstərici cari çempionatdakıdır. Söhbət ümumilikdə klubun öz nəticələrindən gedir.

Ümumilikdə isə son 6 mövsümə baxsaq, yalnız bir dəfə daha az qol vuran komanda olub. 2016/17 mövsümündə AZAL cəmi 6 dəfə fərqlənib. “Sumqayıt” isə 8 komandalı çempionatların ən az qol vuran ikincisi adına şərikdir. Bu müddətdə daha üç dəfə qışadək 9 qol vuranlar olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026