Futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, “Mançester Siti” “Çelsi” komandasını qəbul edib.
Görüş Mançester təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 70-ci dəqiqədə Kevin de Brüyne olub.
Bu qələbə ilə xal ehtiyatını 56-ya çatdıran “Mançester Siti” liderliyini davam etdirir. “Çelsi” 43 xalla ikinci yerdədir.















