• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ronaldo kumirlərini açıqladı

İDMAN

15 Yanvar 2022 | 22:56 | Müəllif: Subhan Mahmudov

Ronaldo kumirlərini açıqladı

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sabiq braziliyalı futbolçular Ronaldo və Ronaldinyo haqda danışıb.

Bakıvaxtı.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu onları kumiri hesab etdiyini deyib: “Mən müqayisələri sevmirəm. Deyərdim ki, üçümüz tarix yazmışıq. Onlardan daha çox fərdi mükafat qazandığımı deyə bilərəm, lakin onlar dünya çempionatını qazana bildilər.

Mən onlara böyük məhəbbətlə yanaşıram. Mən böyüyəndə Ronaldo və Ronaldinyonun oyunlarına baxırdım. Kimin ən yaxşı olmasının fərqi yoxdur. Mən onların hər ikisini öz kumirlərim hesab edirəm. Bu oyunçular gözəl futbol irsi qoyublar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026