• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sümük xərçənginin yeni müalicə metodu tapılıb

CƏMİYYƏT

02 Noyabr 2022 | 07:39 | Müəllif: Qalib İbrahimoğlu

Sümük xərçənginin yeni müalicə metodu tapılıb

Xlorheksid qlükonat sümük şişlərinin cərrahi müalicəsi zamanı xərçəng hüceyrələrini öldürür.

Bakıvaxtı.az xəbər verir ki, Amerika alimləri tədqiqatla bu effektiv metodu sübut edib.

Sümük xərçəngi olan bəzi xəstələr intralezyonel küretaj adlanan cərrahi əməliyyatdan keçirlər. Bu prosedur zamanı, mümkün qədər çox sağlam sümük qorunur.

Əməliyyatın sonunda, təsirə məruz qalmış nahiyə, qalan xərçəng hüceyrələrini öldürmək üçün kimyəvi məhlul ilə müalicə olunur. Bu, şişin təkrarlanmasının qarşısını almaq üçün lazımdır.

Xlorheksidin geniş istifadə olunan, ucuz və bir çox tədqiqatlarda təhlükəsiz olduğu sübut edilmiş tanınmış dezinfeksiyaedicidir (medicina.az). Tədqiqatçılar əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu məhlul dezinfeksiyaedici kimi apteklərdə mövcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026