• Bakı 17° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Suriyada keçirilmiş parlament seçkisinin nəticələri açıqlandı

DÜNYA

06 Oktyabr 2025 | 22:40

Suriyada keçirilmiş parlament seçkisinin nəticələri açıqlandı

Oktyabrın 5-də Suriyada keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb.

Bakıvaxtı.az "TGRT Haber" telekanalına istinadən xəbər verir ki, səsvermənin yekunu olaraq, 119 deputat parlamentdə iştirak hüququ qazanıb.

Ümumulikdə Suriya parlamenti 140 deputatdan formalaşır. Qalan 21 deputat daha sonra müəyyənləşdiriləcək.

Seçki prosesi ölkənin 11 vilayətində həyata keçirilib. Rakka, Haseke və Süveyda vilayətlərində səsvermə aparılmayıb. Bu vilayətlərdə səsvermə siyasi nizamlanma təmin edildikdən sonra keçiriləcək.

Seçilən millət vəkillərindən altısı qadın, ikisi isə xristiandır.

Parlamentin ilk iclasının oktyabrın sonlarında keçirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025