• Bakı 27° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Svetlana Jurova: "Ukrayna yalnız bu yoldan istifadə etməlidir"

DÜNYA

19 Iyul 2024 | 16:22

Svetlana Jurova: Ukrayna yalnız bu yoldan istifadə etməlidir

"Rusiya ilə sülh danışıqları Ukrayna üçün yeganə variantdır".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova deyib.

Deputatın sözlərinə görə, münaqişə yalnız dinc danışıqlar yolu ilə həll oluna bilər, başqa variant yoxdur:

"Prezidentimiz bu yaxınlarda bir daha Rusiyanın mövqeyini açıqladı və hər şeyi birmənalı şəkildə izah etdi. Artıq avropalı siyasətçilər də danışıqlar masası arxasına əyləşməyə meylli olmağa başlayıblar və bunun iqtisadi səbəbləri var". 

Qeyd edək ki, Zelenski Ukraynanın bütün itirilmiş əraziləri hərbi yolla geri qaytara bilməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bütün dünya Rusiyaya təzyiq göstərməli və Moskvanın danışıqlar masası arxasına oturmasına çalışmalıdırlar.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR