• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tailandda elektrik bərələri yanıb

DÜNYA

21 Fevral 2023 | 17:51

Tailandda elektrik bərələri yanıb

Taylandın Samut Prakan əyalətində Çao Phraya çayında enerji doldurma qurğusuna qoşulmuş elektrik bərələriinn birində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, şiddətli partlayışdan sonra başlayan yanğın qısa müddətdə bir-birinə bağlı olan digər bərələrə də keçib. Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən qısa müddətdə nəzarət altına alınan yanğında can itkisi olmasa da, 3 bərə yararsız hala düşüb.

Samut Prakan Marina rəsmiləri verdiyi açıqlamada hadisə zamanı bərələrdə heç kimin olmadığını və yanğının şarj batareyasının partlaması nəticəsində baş verdiyini bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ay Tac

 


Tailandda elektrik bərələri yanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026