• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tanışını öldürən şəxs saxlanıldı

CƏMİYYƏT

17 Iyun 2021 | 17:59

Tanışını öldürən şəxs saxlanıldı

2021-ci il fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürüb.

Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026