Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi Cənubi Qafqaz bölgəsi üçün mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya ilə Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanın görüşündə səslənib.
Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, tanışlıq xarakteri daşıyan görüşdə Gürcüstan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın koordinasiyası məsələləri müzakirə olunub.
Söhbət zamanı regional və qlobal təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Görüşdə iki ölkə arasında strateji münasibətlərin aktual məsələləri üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair hazırlıq ifadə olunub.
















