• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

TƏBİB Zərdabda gənc qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb

HADİSƏ

05 Sentyabr 2024 | 15:58

TƏBİB Zərdabda gənc qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb

TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.

"Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub", - qurumdan bildirilib.

Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:

"Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026