• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Terrorçu ssenarini tam icra edə bilmədi” - İran dövlətinin məqsədi...

SİYASƏT

31 Yanvar 2023 | 11:00

“Terrorçu ssenarini tam icra edə bilmədi” - İran dövlətinin məqsədi...

“İran-Azərbaycan münasibətləri onsuz da normal deyildi, bu hadisədən sonra daha da gərginləşəcək”.

Bunu Bakıvaxtı.az-a milli fəal, GünAz Tv-nin təsisçisi Əhməd Obalı Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunun da günahı İranın anti-Azərbaycan siyasətindədir:

“Bu hadisədə bəlli olur ki, səfirliyə gedən terrorçu tək deyilmiş, ona verilən ssenarini yazıldığı kimi icra edə bilməyib. Bildiyiniz kimi, verilən açıqlamalarda da deyildi ki, guya terrorçunun yanında iki uşağı var imiş və səfirliyə şəxsi problemi üçün gəlibmiş. Onların məqsədi bəlkə də belə olub ki, iki uşağı da, özünü də, səfirliyimizi də yandırıb iz itirsin. Lakin yazılan ssenari icra edilə bilmədi”.

Ə.Obalı vurğulayıb ki, bu işin arxasında İran dövlətinin olduğu artıq bəllidir. Müsahibimiz qeyd edib ki, Azərbaycan səfirliyinin İrandan təxliyyə olunması onlar üçün böyük zərbədir, öz işlərinin nəticəsidir.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024