• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təyyarənin təcili çıxış qapısını açıb qanadın üstündə gəzdi

DÜNYA

29 Yanvar 2024 | 10:14

Təyyarənin təcili çıxış qapısını açıb qanadın üstündə gəzdi

Meksikanın Benito Juarez Beynəlxalq Hava Limanında təhlükəli anlar yaşanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, paytaxt Meksikadan Qvatemalaya uçan təyyarəyə minən sərnişinlər saatlarla hava və su olmadan gözləyiblər. Bu şəraitdə 3 saatdan çox gözlədilməsinə etiraz edən sərnişinlərdən biri saat 11.30 radələrində təcili çıxış qapısını tərk edərək təyyarənin qanadı üzərində gəzməyə başlayıb. Bunun üzərinə səlahiyyətlilər hərəkətə keçərək həmin şəxsi saxlayıblar.

Kondisionerin işləmədiyi təyyarədəki sərnişinlər birgə açıqlama verərək ona dəstək olublar. Meksikadan Qvatemalaya getməli olan AM 0672 reysinin bütün sərnişinləri bildirirlər ki, təcili çıxış pəncərəsini açan sərnişin bunu hamını qorumaq üçün edib və hər kəsin dəstəyini alıb. Çünki təyyarədə gecikmə və havanın olmaması sərnişinlərin sağlamlığı üçün təhlükəli şərait yaradıb.

Sosial mediada yayılan açıqlamada azı 77 sərnişin öz ad və imzasını qeyd edib. Meksika hava limanı hadisə nəticəsində heç kimin zərər görmədiyini bildirib.

Hadisə ilə bağlı hesabatda gecikmənin təyyarənin texniki xidmətə ehtiyacı olduğu üçün baş verdiyi açıqlanıb. Həmçinin bildirilib ki, şəxsiyyəti açıqlanmayan sərnişinin hərəkətindən sonra reysin dəyişdirilməsi məcburi olub.

Hava limanındakı səlahiyyətlilər həmin şəxsin təyyarədən çıxdıqdan sonra yenidən salona daxil olduğunu, təyyarəyə və ya başqasına zərər vermədiyini, daha sonra polisə təslim olduğunu bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026