• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Tramp İran məsələsində geri addım atdı: Ağ Evin səssizliyi nəyə hesablanıb?

DÜNYA

28 Yanvar 2026 | 11:30

Tramp İran məsələsində geri addım atdı: Ağ Evin səssizliyi nəyə hesablanıb?

"Bütün dünya ABŞ və İsrailin İrana qarşı kütləvi hava zərbələri endirəcəyini gözləyirdi. Lakin Donald Trampın “İranda edam qərarlarının ləğv edilməsi səbəbindən zərbələrin olmayacağı” barədə açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi şok effekti yaratdı”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspert bildirib ki, İranın daxilində minlərlə günahsız insanın öldürülməsindən sonra cəmiyyət ABŞ-dən daha sərt və prinsipial addımlar gözlədiyi halda bunlar olmadı:

“Məntiqi baxımdan Trampın geri addım atması İran rejiminə faktiki olaraq “yaşıl işıq” kimi görünür.  Xarici hərbi təhdid “aradan qalxıb” və bu şəraitdə İran hakimiyyətinin ABŞ-ni, xüsusilə də Trampı açıq şəkildə hədəfə alması üçün heç bir rasional səbəb qalmamalıdır. Əksinə, Tehran ritorikanı yumşaltmalı, mövzunu gündəmdən çıxarmalı idi”.

İlyas Hüseynov: Vaşinqtonun addımları İran rejiminə faktiki olaraq “yaşıl işıq” kimi görünür

Müsahibimizin sözlərinə görə, lakin reallıq tamamilə fərqli oldu. Belə ki, əvvəlcə Tehran prokuroru açıq şəkildə Trampın bəyanatını təkzib edərək bildirdi ki, edam qərarlarının ləğvi ilə bağlı deyilənlər yalandır və heç bir edam dayandırılmayıb:

“Bu açıqlama faktiki olaraq Trampın arqumentlərini ictimai şəkildə etibarsızlaşdırdı. Daha sonra, yanvarın 17-də İranın ali dini lideri Əli Xamenei daha sərt mövqe sərgilədi. O, çıxışında ABŞ prezidentini birbaşa ittiham etdi. Bəyan etdi ki, Tehran Trampı etirazları alovlandıran, İran xalqına qarşı itkilərə, dağıntılara və böhtanlara görə məsuliyyət daşıyan şəxs hesab edir”.

Politoloq qeyd edib ki, Ağ Ev də alovlu bəyanatları, sosial şəbəkələrdə pafoslu statusların paylaşılmasını dayandırıb:

“Əvəzində isə səssiz olaraq “USS Abraham Linkoln” aviadaşıyıcısı Fars körfəzinə yaxınlaşır və ABŞ İranın ətrafında hərbi qüvvələrini sürətlə çoxaldır. Amma bunları artıq səssiz şəkildə edir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Yanvar 2026