• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türk səfirdən Sərkisyanın Tiflisdəki təxribatına CAVAB

SİYASƏT

18 Aprel 2021 | 20:53

Türk səfirdən Sərkisyanın Tiflisdəki təxribatına CAVAB

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sərkisyanın Tiflisə rəsmi səfəri çərçivəsində əl atdığı təxribata münasibət bildirib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, diplomat Tvitter hesabında Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb.

F.C.Yazqan bu barədə məlumatı gürcü və erməni dillərində də əlavə edib:

“Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir”.

Qeyd edək ki, A.Sərkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında yazı ilə yanaşı Ağrı dağının konturları ilə rəsm də çəkib. Bu fakt Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotoşəklini sosial şəbəkədə paylaşmasından sonra məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR