• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşıb

İQTİSADİYYAT

20 Dekabr 2024 | 15:06

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşıb

Türkiyə lirəsi ABŞ dolları qarşısında antirekordunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə valyutası dollara qarşı yenidən dəyər itirərək yeni tarixi minimum səviyyəyə düşüb. TL dollar qarşısında bu gün 0.7 faiz ucuzlaşaraq 35.4 səviyyələrinə qədər düşüb. Lakin sonradan itkisinin bir hissəsini bərpa edərək 35.19 səviyyələrinə qalxıb.

Ümumilikdə, 2024-cü ildə TL dollar qarşısında 20 faiz dəyər itirib.

Paralel olaraq, TL manat qarşısında da bu il rekord səviyyədə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının 20 dekabr məzənnəsinə əsasən 1 TL 0.0483 AZN-ə qədər enib.


SON XƏBƏRLƏR

18 Aprel 2025