• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Türkiyədə güclü yanğın olub

DÜNYA

06 Sentyabr 2021 | 09:40

Türkiyədə güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində tekstil müəssisələrinin yerləşdiyi binada yanğın baş verib.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhərin Arnavutköy rayonunda olub.

Bildirilib ki, 8 mərtəbədən ibarət olan binada 6 tekstil müəssisəsi yerləşir. Binanın dam örtüyünü alov bürüyüb, insanlar təcili şəkildə təxliyə edilib.

58 yanğınsöndürən vasitə, 167 personalın cəlb edildiyi yanğınsöndürmə əməliyyatı bir neçə saat sonra nəticə verib. Yanğın nəzarət altına alınıb.

Ehtimallara görə, yanğın tüstü bacasındakı nasazlıq səbəbindən yaranıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026