• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna Avropa elektrik şəbəkəsinə qoşuldu

İQTİSADİYYAT

16 Mart 2022 | 20:38 | Müəllif: Subhan Mahmudov

Ukrayna Avropa elektrik şəbəkəsinə qoşuldu

Ukrayna Avropa İttifaqının (Aİ) elektrik şəbəkəsinə qoşulub. Ukrayna kimi, Moldova da Avropa Elektrik Şəbəkəsi ilə sinxronlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Enerji Komissiyasının üzvü Kadri Simson bildirib.

Simson sözügedən sinxronizasiyanın Ukraynanın elektrik sistemini sabit saxlayacağını qeyd edib.

O, sinxronizasiyanın Aİ-Ukrayna əlaqələrində mühüm mərhələ olduğuna vurğulayıb. Həmçinin, Ukraynanın enerji sahəsində hazırda Avropanın bir parçası olduğunu bildirib.

Simson Ukraynanı ehtiyac duyduğu enerji ilə təmin etmək üçün təbii qazın tərs axınına davam edəcəklərini də əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR