• Bakı 8° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukrayna bu şəhəri ABŞ-a görə itirdi: Baydendən çağırış

DÜNYA

18 Fevral 2024 | 13:00 | Müəllif: Subhan Mahmudov

Ukrayna bu şəhəri ABŞ-a görə itirdi: Baydendən çağırış

ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ağ Evdən bildirilib.

"Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub".

Bayden jurnalislərə açıqlamasında bildirib ki, onun administrasiyası Konqresə Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR