• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

BMT: "İran insanlığa qarşı cinayət törədib"

DÜNYA

19 Mart 2024 | 11:08

BMT: İran insanlığa qarşı cinayət törədib

Bildiyimiz kimi, 2022-ci ilin payızında BMT-nin İnsan Haqları Şurası Məhsa Əmininin öldürülməsindən sonra “Qadın, həyat, azadlıq” şüarı ilə aksiyalarda küçələrə çıxan etirazçıların öldürülməsi və zorakılıqla yatırılmasına dair həqiqətləri yoxlamaq və tapmaq üçün Faktaraşdırıcı Komitə yaradıb.

Bakıvaxtı.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, sözügedənkomitə dünən öz hesabatını Cenevrədə İnsan Haqları Şurasının iclasına təqdim edib.

Komitə İran hökumətini 2022-ci ildəki etirazların yatırılması zamanı insan haqlarının ciddi şəkildə pozulması halları ilə insanlığa qarşı cinayətdə ittiham edib.   

Komitənin sədri Sara Hüseyn bildirib:

“Araşdırmalar zamanı belə qənaətə gəldik ki, yalnız beynəlxalq insan haqları deyil, cinayət hüquqları da pozulub. Biz bu haqda danışmağa məcburuq. Bəşəriyyətə qarşı cinayətin tərkib hissəsi olan hallara rast gəldik. İranın müxtəlif yerlərində insanlara qarşı zorakılıq, təcavüz, etnik və dinə əsaslanan qısnama halları bunun bəşəriyyətə qarşı cinayət olmasını komitəyə sübut edib”.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurası 2022-ci ilin payızında İran İslam Respublikası ilə bağlı qətnamə qəbul etmişdi. Bu qətnamənin qəbulu ilə İnsan Hüquqları Şurası 16 sentyabr 2022-ci ildə başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün müstəqil beynəlxalq faktaraşdırıcı missiya yaradıb.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024