• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynanın strateji obyektlərinə yeni zərbələr endirilib

DÜNYA

18 Oktyabr 2022 | 15:54

Ukraynanın strateji obyektlərinə yeni zərbələr endirilib

Rusiya Silahlı Qüvvələri “DXR”də yerləşdirilmiş HİMARS reaktiv yaylım atəşi sistemini məhv edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın hərbi idarəetmə sistemlərinə və enerji obyektlərinə silsilə raket zərbəsi endirib.

Nazirlik yüksək dəqiqlikli raketlərdən istifadə olunduğunu qeyd edib: “Rusiya Silahlı Qüvvələri sualtı qayıqlardan atılan, uzaqmənzilli və yüksək dəqiqlikli raketlərlə Ukraynanın hərbi idarəetmə sistemlərinə və enerji obyektlərinə zərbələri davam etdirib. Həmçinin, hərbi silah-sursat arsenalları və xarici ölkə istehsalı olan silahlar vurulub. Bütün təyin olunmuş obyektlər məhv edilib”.

O da qeyd olunub ki, atəş nöqtələrində yerləşən 56 ədəd artilleriya bölmələri və 132 rayonda canlı qüvvə və hərbi texnika da məhv edilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiya Silahlı Qüvvələri cari ilin 24 fevralında Ukraynada xüsusi hərbi əməliyyatlara başlayıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026