• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Windows 10-nun bazar payı ilk dəfə 70%-dən aşağı düşüb

Multİmedia

03 Dekabr 2022 | 04:43

Windows 10-nun bazar payı ilk dəfə 70%-dən aşağı düşüb

Statcounter servisinin bu ilin noyabr ayı üzrə təqdim etmiş olduğu statistikasına əsasən Windows 10 əməliyyat sisteminin bazardakı payı ilk dəfə olaraq 70%-dən aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, keçən ay sözügedən əməliyyat sisteminin bazardakı payı 1.49% aşağı düşüb. Məntiqlə gözləmək olardı ki, Windows 11-in bazardakı payı əksinə 1.49% yüksələcək. Lakin bu belə olmayıb. Windows 11-in noyabr ayı üzrə bazar payı həqiqətən də yüksəlib.

Lakin bu yüksəliş cəmi 0.67% təşkil edib. Onun bazardakı ümumi pay göstəricisi isə 16.12% olub. Digər tərəfdən Microsoft tərəfindən dəstəyi artıq dayandırılmış Windows 7-nin bazardakı payı yüksəliş sərgiləməkdə davam edir. Onun noyabr ayı üzrə bazardakı pay yüksəlişi 0.62% təşkil edib (technote.az). Beləliklə onun bazardakı payının ümumi göstəricisi 10.24% olub. Bu məsələdə Windows 8.1-in göstəricisi 2.54%, Windows 8-in göstəricisi 0.79%, 8 il bundan öncə dəstəyi dayandırılmış Windows XP-nin göstəricisi isə 0.4% təşkil edir.


SON XƏBƏRLƏR

25 Aprel 2024