Xaçmaz və Biləsuvarda avtomobil yanıb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, Xaçmaz şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Biləsuvar rayonunda da (Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 45-ci kilometrliyi) "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı ağaclar yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















