• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xaçmazda DƏHŞƏT: ər arvadını və özünü bıçaqladı, qadın öldü - YENİLƏNİB

HADİSƏ

08 Sentyabr 2023 | 20:16 | Müəllif: Subhan Mahmudov

Xaçmazda DƏHŞƏT: ər arvadını və özünü bıçaqladı, qadın öldü - YENİLƏNİB

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə Xaçmaz rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

***  18:35

Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib. 

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026