• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xankəndi-Laçın yolu: Mübarizə 96 gündür davam edir

SİYASƏT

17 Mart 2023 | 08:50 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi-Laçın yolu: Mübarizə 96 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 96-cı günüdür. 

Aksiya gecə saatlarında da davam edib. İştirakçılar adəti üzrə günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur. İştirakçılar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, Laçın-Xankəndi yolu aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026