• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xəstəxanada olan Berluskoninin vəziyyəti açıqlandı

DÜNYA

16 Aprel 2023 | 23:56 | Müəllif: Subhan Mahmudov

Xəstəxanada olan Berluskoninin vəziyyəti açıqlandı

Aprelin 5-də Milanda qan xərçənginin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni reanimasiya şöbəsindən adi palataya köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya mətbuatı ölkə siyasətinin patriarxının vəziyyətinin yaxşılaşdığını yazıb.

86 yaşlı siyasətçi xroniki leykoz xəstəliyi fonunda ağciyər infeksiyasından müalicə alır.

Həkimlərin fikrincə, xəstənin tənəffüs və böyrək funksiyalarında yaxşılaşma var. Bildirilir ki, leykositlərin böyüməsi və iltihab sindromu təyin olunan dərmanların köməyi ilə uğurla dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026