• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xiyar, pomidor əkilən Sumqayıt bulvarının rəisi işdən çıxarıldı - İDDİA

CƏMİYYƏT

14 Aprel 2023 | 09:34

Xiyar, pomidor əkilən Sumqayıt bulvarının rəisi işdən çıxarıldı - İDDİA

Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilməsinə icazə verdiyi üçün idarə rəisinin vəzifəsindən azad edildiyi iddia edilir.

Bakıvaxtı.az xəbər verir ki, iddialara görə, Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ötən gün Baku TV-nin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkildiyinə dair hazırladığı süjet səbəbindən işdən çıxarılıb. 

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxlanılıb. E.Qocayev açıqlamasında bu barədə məlumatının olmadığını, gün ərzində məsələ ilə bağlı məlumat olarsa, ictimaiyyətə açıqlanacağını bildirib.

Xatırladaq ki, mövcud məsələ ilə bağlı bir neçə rəhbər şəxsin töhmət aldığı da iddia edilir.

Qeyd edək ki, süjetdə sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantılarının da atıldığı bildirilib. Bu da, öz növbəsində ətrafda pis qoxunun yayılmasına səbəb olur.
Həmin süjeti təqdim edirik:

/Oxu.az


Xiyar, pomidor əkilən Sumqayıt bulvarının rəisi işdən çıxarıldı - İDDİA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026