• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xocavəndə qanunsuz yolla daxil olan şəxslər saxlanıldı

HADİSƏ

22 Noyabr 2022 | 10:33

Xocavəndə qanunsuz yolla daxil olan şəxslər saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar. Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026