• Bakı 20° C

    7.67 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Yasamalda çoxmənzilli binada YANĞIN: 25 nəfər...

HADİSƏ

22 Sentyabr 2025 | 08:48

Yasamalda çoxmənzilli binada YANĞIN: 25 nəfər...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

    Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.

    Xəsarət alan yoxdur.


    SON XƏBƏRLƏR

    21 Sentyabr 2025