• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Yasamaldakı yanğında xəsarət alan qadının vəziyyəti kritikdir

CƏMİYYƏT

26 Noyabr 2025 | 13:16

Yasamaldakı yanğında xəsarət alan qadının vəziyyəti kritikdir

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında noyabrın 21-də baş vermiş yanğında xəsarət alan 2000-ci il təvəllüdlü qadının vəziyyəti kritik ağır olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.

Qeyd edək ki, qadın Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirib.

Bildirlib ki, pasiyent süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yanğınla bağlı həmin binanın zirzəmisində və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində tutulub.


SON XƏBƏRLƏR

25 Noyabr 2025