• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni quş qripi virusu tezliklə mutasiyaya uğrayacaq - Xəbərdarlıq

GÜNDƏM

12 Mart 2021 | 12:08

Yeni quş qripi virusu tezliklə mutasiyaya uğrayacaq - Xəbərdarlıq

Ötən ay Rusiyada bir neçə nəfərdə aşkar edilmiş yeni növ quş qripi virusu (H5N8) böyük ehtimalla tezliklə mutasiyaya uğrayacaq və insandan insana ötürüləcək.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

O bildirib ki, mutasiyanın tezliklə baş verməsi ehtimalı böyükdür:

"Amma bizim bu ssenariyə hazırlaşmaq üçün və zəruri vaksin yaratmaq üçün vaxtımız var. Əgər buna zərurət yaranacaqsa, biz hazır olmalıyıq"

A.Popova əlavə edib ki, bu virusun insanda aşkar olunması "dünya səviyyəli kəşf" idi və sanitar-epidemioloji nəzarət sisteminin fəaliyyətinin nəticəsi olub.

Xatırladaq ki, fevralın ortalarında Rusiyanın cənubunda quşçuluq fermalarının birində 7 nəfərin quş qripinə yoluxması barədə məlumat yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026