• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Yeniyetmələrin geyimlərində standartdan çox uzaqlaşma var"

CƏMİYYƏT

12 Avqust 2022 | 18:56

“Yeniyetmələrin geyimlərində standartdan çox uzaqlaşma var

“LGBT-yə maraq daha çox yeniyetmələrdə özünü göstərir. Çünki yeniyetmələri zəbt etmək çox asandır”.

Bunu Bakıvaxtı.az-a psixoloq Aidə Nəbiyeva deyib.

Onun sözlərinə görə, “Azadlıq”, “sərbəstlik” şüarları ilə hal-hazırda yeniyetmələrin dünya görüşündə dəyişiklik edirlər: “Əgər fikir verirsinizsə, hazırda yeniyetmə oğlanların da, qızların da geyimlərində standartdan çox uzaqlaşma var".

Psixoloq hesab edir ki, bu da bizdə cinsi tərbiyə istiqamətində bir işin görülməməsi ilə əlaqədardır. onun sözlərinə görə, hətta “cinsi tərbiyə” adı gələndə belə, əgər treninqdirsə, bu mövzulara gedilmir, televiziya verilişləri bu istiqamətdə heç bir şey işıqlandırmır, dərsliklərdə belə çox qısamüddətli, geniş tərkibi olmayan və sadəcə fizioloji səviyyədə izah verilir: "Belə olan halda, yeniyetmələrin cinsi istiqamətinin formalaşması gecikən prosesə çevrilir və belə bir problemlər ortaya çıxır”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Aprel 2024