• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yoluxma yenə ARTDI - SON STATİSTİKA

CƏMİYYƏT

29 Aprel 2022 | 16:30 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma yenə ARTDI - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 105 nəfərdir.

Ölkədə son sutka ərzində 2 731, hazırkı dövrədək isə 6 811 382 test aparılıb.


Yoluxma yenə ARTDI - SON STATİSTİKA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026