• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zəngəzur dəhlizinin açılması İranı niyə qorxudur? - AÇIQLAMA

SİYASƏT

20 Sentyabr 2021 | 15:42

Zəngəzur dəhlizinin açılması İranı niyə qorxudur? - AÇIQLAMA

“Zəngəzur dəhlizinin açılması, əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətlərində irəliyə doğru çox böyük addım olacaq”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Şahin Cəfərli bildirib.

O, qeyd edib ki, ən əvvəl ona görə ki, bu hadisənin baş verməsi 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmaların reallaşması anlamına gələcək:

“Ermənistanın Zəngəzurdan yolu açılması müqabilində Azərbaycan ərazisi vasitəsilə istər Rusiyaya, istərsə də İrana çıxışına şərait yaradacaq. Beləliklə regionda nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunmuş olacaq. Bu da təbii ki, son nəticədə bölgədə sülhün möhkəmlənməsinə və Azərbaycanla Ermənistan arasında münasibətlərin xeyli istiləşməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizinin açılmasının digər müsbət cəhətləri isə odur ki, Azərbaycan İrana ehtiyac duymadan, birbaşa Naçıvan Muxtar Respublikasına quru yolu ilə çıxış əldə edəcək. Bunun təbii ki, əhəmiyyəti böyükdür. Bu hadisənin baş verməsi Azərbaycanın İrandan bu məsələdə asılılığını da aradan qaldıracaq. Əslində İranın aqressivləşməsinin bir səbəbi də bununla bağlıdır”.

Politoloq bildirib ki, İran qətiyyən Zəngəzur yolunun açılmasında maraqlı deyil:

“Həm qeyd etdiyim səbəbə görə razı deyil, həm də ümumən bu məsələ İranı qorxudur. Çünki belə bir dəhliz olarsa, İranın Ermənistanla quru əlaqəsinin kəsilməsinə səbəb ola bilər. Təbii ki, bu, olacaq demirəm. Amma İranda belə bir qorxu var ki, Zəngəzur koridoru Türkiyənin Azərbaycan və Türk dünyası ilə stabil quru əlaqəsinin yaranmasına və beləliklə Turan coğrafiyasında inteqrasiyanın güclənməsinə xidmət edəcək. Bu isə regiondan İranı təcrid edəcək. Bu səbəblərə görə Zəngəzur yolunun açılması Azərbaycan və Türkiyə üçün önəmlidir. Zəngəzur yolunun açılması həm Ermənistan - Azərbaycan, həm də Ermənistan - Türkiyə münasibətlərinin bərpasına səbəb olacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR