• Bakı 23° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

29 italiyalı Azərbaycan vasitəsilə İranı tərk edib - Tayani
DÜNYA
18 Iyun 2025 | 10:19

29 italiyalı Azərbaycan vasitəsilə İranı tərk edib - Tayani

İrandan 29 İtaliya vətəndaşı Azərbaycana təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirinin müavini Antonio Tayani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"29 həmvətənimiz Azərbaycan vasitəsilə İranı tərk edib. Görülən müstəsna işlərə görə Tehran və Bakıdakı səfirliklərimizə təşəkkür edirəm. Bölgədəki italyanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk", - nazir qeyd edib.


SON XƏBƏRLƏR