• Bakı 18° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

ABŞ-nin maliyyə naziri: Gələn həftə Çinlə ticarət sazişi imzalayacağıq
DÜNYA
01 Noyabr 2025 | 00:50

ABŞ-nin maliyyə naziri: Gələn həftə Çinlə ticarət sazişi imzalayacağıq

ABŞ və Çin gələn həftə ərzində ticarət sazişi imzalayacaqlar.

Bakıvaxtı.az "Financial Times"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

O, bəzi çətinliklərin risklərini etiraf etsə də, tərəflər arasında effektiv ünsiyyət kanallarının mövcudluğuna diqqət çəkib.

"Əlbəttə, hər şey rahat olmayacaq, amma düşünürəm ki, kommunikasiya kanallarımız indi daha yaxşıdır", - o deyib.

Nazir, həmçinin "TikTok" tətbiqi üçün müqavilənin bağlanmasının tezliklə baş tutacağını da açıqlayıb.

Xatırladaq ki, ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində danışıqlar aparıblar. Liderlər daha sonra sammitin nəticələri ilə bağlı müsbət fikirlərini bildiriblər.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025