Dünya bazarlarında neftin qiyməti 65 dollara yaxınlaşıb.
Bakıvaxtı.az "APA-Economics" xəbər verir ki, dünya bazarlarında neft qiymətlərində cüzi artım olub.
Nymex-də WTI markalı xam neftin qiyməti 0,41 ABŞ dolları və ya 0,68% artaraq bir barel üçün 60,98 ABŞ dollarına yüksəlib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin qiyməti isə 0,40 ABŞ dolları və ya 0,62% artaraq 64,77 ABŞ dolları təşkil edib.
Qiymət artımı əsasən Yaxın Şərqdə gərginliyin davam etməsi və ABŞ-da ehtiyatların azalma ehtimalı ilə bağlı bazar gözləntiləri fonunda baş verib.
Bakı 







jpg-1762023767.jpg)


