• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Məxfi təşkilatdan İrana xəbərdarlıq: Geri qayıdacağıq
CƏMİYYƏT
01 Noyabr 2025 | 10:22

Məxfi təşkilatdan İrana xəbərdarlıq: Geri qayıdacağıq

“12 günlük müharibədən sonra İran tamamilə fərqli vəziyyətdədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin kəşfiyyat xidməti MOSSAD-ın sabiq rəhbəri Yossi Koen “Fox News”a müsahibəsində deyib.

“Donald Trampın ABŞ və İsrailin hücumu nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi barədə söylədiklərini birmənalı şəkildə qəbul edirəm. Əminəm ki, İran bu günlərdə artıq uranı zənginləşdirmir, bu, böyük uğurdur”, - o bildirib.

Koen qeyd edib ki, Tehran bununla İsrailin İranın nüvə obyektlərini məhv etmək imkanına malik olduğunu və bu hücumların yenidən təkrarlana biləcəyini anlayıb:

“İsrail İranın müdafiə sistemlərini məhv edib, SEPAH-ın obyektlərini dağıtmışıq. Onların terrorçularını Tehran və digər şəhərlərdə yataqlarında, otaqlarında izləyirdik. Nəhayət, İsrail dövlətinə mövcud təhlükə yaradan nüvə obyektlərini məhv etdik. İran bilir ki, biz parlaq bir əməliyyat həyata keçirmişik, ən önəmlisi, bilirlər ki, səhv addım atsalar, geri qayıdacağıq”.

O vurğulayıb ki, ABŞ və İsrailin ortaq və koordinasiyalı əməliyyatı ilə İranın nüvə obyektləri məhv edilib və uranın zənginləşdirilməsi prosesi dayandırılıb: “Bu əməliyyat İsrailin təhlükəsizliyi və regionun diplomatik gələcəyi üçün dönüş nöqtəsi oldu”.teleqraf


SON XƏBƏRLƏR

01 Noyabr 2025