"Aeroflot" və onun törəmə aviaşirkəti "Rossiya" Ermənistanın Gümrü şəhərinə müntəzəm reyslər üçün icazə alıb.
Bakıvaxtı.az Rusiya KİV-nə istinadən xəbər verir ki, müvafiq icazəni “Rosaviatsiya” verib.
"Aeroflot" Mineralnıye Vodı şəhərindən, "Rossiya" isə Soçidən uçuşlara icazə alıb. Hər iki icazə həftədə 7 dəfəyədək Gümrüyə uçuşlar həyata keçirməyə imkan verir.
Hazırda Ermənistanın "Şirak" hava limanı yalnız bir aviaşirkətə - "Aeroflot"a daxil olan "Pobeda"ya xidmət göstərir ki, o da Moskvadan "Vnukovo" hava limanından uçur.
"Aeroflot" hazırda Ermənistanın paytaxtı İrəvana reyslər təklif edir, uçuşlar Moskvanın "Şeremetyevo", Sankt-Peterburq, Yekaterinburq, Soçi şəhərlərindən həyata keçirilir.
"Rossiya"nın Soçi, Peterburq, Volqoqraddan İrəvana reysləri var.