• Bakı 19° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Ağdaşda ağır yol qəzasında ölənlərin adları məlum olub - YENİLƏNİB
HADİSƏ
26 Oktyabr 2025 | 09:44

Ağdaşda ağır yol qəzasında ölənlərin adları məlum olub - YENİLƏNİB

Bu gün səhər saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki hadisə nəticəsində “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub.

    Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    XXX

    08:55

    Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın məlumatına görə,  qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib.

    Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.

    Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və maşında sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılır. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ağır yaralananlar var.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    25 Oktyabr 2025