Türkiyənin ən uzunömürlü seriallarından olan "Arka Sokaklar" yeni sezon finalının görüntüləri ilə böyük səs-küy yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər serialın əsas simalarının ard-arda ölü kimi göstərilməsi ilə tamaşaçıları heyrətə salıb.
Görüntülərdə xüsusilə Rıza Baba, Hüsnü Çoban, Selin, Mesut və digər məşhur obrazların “həyatını itirdiyi” anlar diqqət çəkib.
Kadrlar qəfil silah səsləri, partlayış effekti və gərgin musiqi ilə müşayiət edildiyi üçün çoxları bunu serialın “ən şok finalı” kimi qiymətləndirir.
Murad İsmayıl
Bakı 












