• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Azərbaycan idmançıları Universiadada mübarizəyə başlayırlar
İDMAN
17 Iyul 2025 | 10:31

Azərbaycan idmançıları Universiadada mübarizəyə başlayırlar

Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə bu gün start verəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçilərimiz 5 idman növündə - stolüstü tennis, badminton, qılıncoynatma, üzgüçülük və tennisdə qüvvələrini sınayacaqlar. Yarışlar Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.


SON XƏBƏRLƏR