• Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Azərbaycanın Mİ-8 helikopteri niyə vuruldu? - VİDEO
HADİSƏ
20 Noyabr 2025 | 23:56

Azərbaycanın Mİ-8 helikopteri niyə vuruldu? - VİDEO

AzTV-nin çəkiliş qrupu 1991-ci il 20 noyabr tarixində Azərbaycanda Qarakənd faciəsinin baş verdiyi ərazidə olub.

Bakıvaxtı.az xəbər verir ki, süjetdə qeyd olunub ki, bu hadisə sadəcə bir helikopter qəzası deyil, eyni zamanda Azərbaycanın siyasi tarixinin dəyişmə nöqtəsidir.

Çünki Qarabağda baş verən münaqişələr, qarşıdurmalar, erməni silahlı birləşmələrinin və separatçıların Azərbaycan xalqını tərksilah etməsi, onlara hücumlar, mülki şəxslərin öldürülməsi və s. faciələr nəticəsində burada təhlükəsizliyi təmin etmək vacib idi.

Buna görə də Azərbaycanın siyasi dövlət xadimləri bu əraziyə səfər etdilər və bu səfər faciə ilə nəticələndi.

Hadisə zamanı polis əməkdaşı kimi fəaliyyət göstərən Elşən Əliyev həmin vaxt baş verənlər haqqında məlumat verib:

"20 noyabr günün ikinci yarısında kəndimizdə postda olarkən məlumat verildi ki, helikopter Qarakənd istiqamətində vuruldu. Həyəcan siqnalı verildi. Çox təəssüf ki, bizim ərazimiz ermənilərlə çox yaxın olduğu üçün orada işləyə bilmədik. Həyəcan siqnalına gələ bilmədik. Ancaq Ağdam polisləri həmin vaxt gəldilər. Rus əsgərləri onları buraxmadılar. Noyabrın 23-də bizi helikopterin qalıqları olan bu əraziyə gətirdilər. Rus əsgərləri ilə birlikdə Ağdamdan 4 nəfər polis işçisi bizi ayırdı ki, helikopterin qalıqlarını yığaq".

Hadisə şahidi bildirib ki, diqqətini çəkən iki məqam olub.

"İlk olaraq hadisə yerinə çatanda, helikopter düşən yerdə, iki ədəd motor yanıb, ətrafa qalıqlar səpələnmişdi. Helikopterin böyük bir hissəsi sanki aşsüzənə dönmüşdü. O qədər qəlpə deşikləri var idi ki... Mən şəxsən yaxınlaşıb ona baxdım. Əlimi vurmaq istəyən zaman bir polkovnik dedi ki, əl vurma, bunlar hamısı ekspertizaya gedəcək.

Helikopterin qalıqları olan hissədən bir az aralıda bir papaq var idi. Mən səhv etmirəmsə, o zamanlar kadrlarda o papağı Alı Mustafayevin başında görmüşdüm", - deyə o qeyd edib.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

20 Noyabr 2025