• Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Şagird sıxlığı az olan məktəblərin sayı açıqlandı
CƏMİYYƏT
21 Noyabr 2025 | 00:11

Şagird sıxlığı az olan məktəblərin sayı açıqlandı

Azərbaycanda 4036 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin böyük hissəsində şagird sayı 1000-dən azdır. Ölkə üzrə ondan az şagirdi olan 94 məktəb var. Bu rəqəm 20 şagirddən az olan məktəblərdə 247-yə, 30 şagirddən az olanlarda isə 401-ə yüksəlir. Ümumilikdə isə şagird sayı 100-dən az olan məktəblərin sayı artıq 1241-dir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

Nazir bildirib ki, ölkədə şagird sıxlığı 150-dən az olan təhsil müəssisələrinin sayı 1812-dir: “200-dən az şagirdi olan məktəblərin sayı 2175-ə çatır. 500-dən az şagirdi olan məktəblərin sayı isə artıq 3147-dir”.


SON XƏBƏRLƏR

20 Noyabr 2025