• Bakı 15° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

“Azəriqaz”ın direktor müavininin bacanağına HÖKM OXUNDU
CƏMİYYƏT
04 Noyabr 2025 | 16:20

“Azəriqaz”ın direktor müavininin bacanağına HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun cinayət işi üzrə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə A. Bayramın 8 il, Q. Rəşadın 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2 - ci və 228.1 -ci maddəsi üzrə cinayət işi açılıb. 

Cinayət işində 3 nəfər - Abdullayev Şirin Tapdıq oğlu, Şıxıyev Rasim Bəyoğlan oğlu və Quliyev Emin Faiq oğlu zərərçəkmiş qismində tanınıblar. 

Həbs edilənlərdən Bayram Aslanov “Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun bacanağıdır./lent

 


SON XƏBƏRLƏR